Əsas Səhifə > Güney Press > Mərkəzi Bank daha bir “exchange”ə lisenziya verib
Mərkəzi Bank daha bir “exchange”ə lisenziya veribBu gün, 10:25 |
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarına əsasən daha bir valyuta mübadiləsi məntəqəsinə (exchange) lisenziya təqdim edilib. Banker.az xəbər verir ki, 17 yanvar 2025-ci il tarixində “MMK-014” MMC-yə VMF-07 kodu ilə lisenziya təqdim edilib. Bununla da lisenziyalı “exchange”lərin sayı yeddiyə yeksəlib. Şirkət Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2, ev 2, mənzil 2 qeydiyyatda olacaq, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 45 ünvanında isə fəaliyyət göstərəcək. Xatırladaq ki, “MMK-014” 2024-cü ilin yanvarında təsis edilib və 600 000 manat nizamnamə kapitalı var. Şirkətin direktoru Tural Mikayılov Məhərrəm oğludur. Hazırda exchange-lər: “ELİKO” MMC “DELTA CAPITAL” MMC “ZUHUR” MMC “BAKI MƏRKƏZİ VALYUTA” MMC “META-KAPİTAL” MMC “Money Shop” MMC “MMK-014” MMC “Exchange” Azərbaycanda xarici valyutanın qanunla müəyyən edilmiş qaydada alınması, satılması və dəyişdirilməsidir. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər – “Valyuta tənzimi haqqında” Qanunu ilə müəyyən edilmiş qaydada valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış rezident hüquqi və fiziki şəxslər və qeyri-rezident hüquqi şəxslərin filiallarıdır. Geri qayıt |