Əsas Səhifə > Güney Press > Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib?
Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib?Bu gün, 17:43 |
Ötən il Azərbaycandan xarici ölkələrə 26 milyard 554 milyon 56,8 min dollar dəyərində məhsul ixrac edilib. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ixracın 23 milyard 197 milyon 549,5 min dolları və ya 87,4%-i neft-qaz sektorunun payına düşüb. Qeyd edək ki, son 10 il ərzində Azərbaycanın ümumi ixracında neft-qaz sektorunun payı aşağıdakı kimi olub: 2015-ci il – 86 %; 2016-cı il – 92,2 %; 2017-ci il – 88,6 %; 2018-ci il – 91,2 %; 2019-cu il – 89,86 %; 2020-ci il – 86,5 %; 2021-ci il – 87,8 %; 2022-ci il – 92 %; 2023-cü il – 90,1 %; 2024-cü il – 87,4 %. Geri qayıt |