Əsas Səhifə > Güney Press > Tibb bacısını qanunsuz işdən çıxaran xəstəxana direktorundan YENİ XƏBƏR

Tibb bacısını qanunsuz işdən çıxaran xəstəxana direktorundan YENİ XƏBƏR

Bu gün, 11:28
Tibb bacısını qanunsuz işdən çıxaran xəstəxana direktorundan YENİ XƏBƏR
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova Dövlət Əmək Müfəttişliyi Xidmətinin qərarı ilə 1500 manat məbləğində cərimə olunub. Buna səbəb isə onun xəstəxananın tibb bacısını haqsız yerə işdən azad etməsi olub.

"DİA-AZ" oxu.az-a istinadən xəbər verir ki, Günay Muradova cərimə edilməsindən narazı qalaraq məhkəməyə müraciət edib.

Qobustan Rayon Məhkəməsinin qərarı ilə Dövlət Əmək Müfəttişliyi Xidmətinin qərarı ləğv edilib və işə yenidən baxılması ƏƏSMN yanında DƏMX-nin Dağlıq Şirvan Regional Şöbəsinə həvalə olunub.

Geri qayıt