Əsas Səhifə > Güney Press > Avropa Parlamentinin üzvü qurumun fəaliyyətini kəskin tənqid edib

Avropa Parlamentinin üzvü qurumun fəaliyyətini kəskin tənqid edib


Bu gün, 08:28
Avropa Parlamentinin üzvü qurumun fəaliyyətini kəskin tənqid edib
“Biz hələ də Gürcüstanla bağlı müzakirələr aparırıq. Bütün bunlar mənim üçün utancvericidir”.

“Repot”un yerli bürosunun məlumatına görə, bu sözləri Avropa Parlamentinin deputatı Danilo Della Valle Gürcüstanla bağlı müzakirələr zamanı deyib.

Avropa “elitaları”nın Gürcüstandakı seçkilərin nəticələrinin hələ də müzakirə etmələrini tənqid edən deputat bildirib ki, ATƏT seçkilərin düzgün keçirildiyini təsdiqləyib: “Bəzi Qərb dairələri bu günə kimi prosesə müdaxilə etməyə çalışır, hətta qanuni olaraq artıq vəzifədə olmayan prezidentə legitimlik verməyə qədər irəli gedir. Bu, qəbuledilməz haldır”.

Onun sözlərinə görə, demokratiya və insan hüquqları ilə bağlı mövzular yalnız Qərbin maraqlarına tabe olmayan ölkələrə təzyiq üçün istifadə edilir:

“Bu, keçmişdə qalmalıdır və Avropa İttifaqı yeni yanaşma tətbiq etməlidir. Təsəvvür edirəm ki, gələcək nəsillər Avropa Parlamentinin fəaliyyətini diqqətlə araşdıracaq və Qərb xaosa sürükləndiyi zaman burada qəbul edilən qərarlarla bağlı suallar verəcəklər. Biz hələ də Gürcüstanla bağlı müzakirələr aparırıq, halbuki bu məclis illərdir qeyri-insani şəraitdə yaşayan Fələstin əhalisi ilə bağlı mövqeyini bildirməyə vaxt tapmayıb. Bütün bunlar mənim üçün utancvericidir. Biz Avropa vətəndaşlarının etimadını qorumalı və qlobal problemlərə ədalətli yanaşmalıyıq”.

Geri qayıt