Əsas Səhifə > Güney Press > "Tanınmış insanların adından istifadə edirlər"
"Tanınmış insanların adından istifadə edirlər"Bu gün, 15:59 |
Rəqqasə Fatimə Fətəliyeva növbəti dəfə polisə müraciət edib. Axşam.az xəbər verir ki, rəqqasənin sözlərinə görə, bu dəfə dələduzlar ona öz adındanAA yazaraq pul istəyiblər: "Bir neçə müddətdir xoşagəlməz hallar baş verir. Tanınmış insanların adından istifadə edirlər və bizim nüfuzumuza xələl gətirirlər. Bu insanlar dayanmadan öz qanunsuz işlərinə davam edirlər. Bu gün mənim iş nömrəmə elə öz adımdan yazıblar ki, köməyə ehtiyacım var. Artıq polisə ərizə yazmışam. Xahiş edirəm, bununla ciddi məşğul olun. Fərqi yoxdur, tanınmış biri olsun və ya adi vətəndaş, imkan verməyin ki, nüfuzumuza xələl gəlsin". Xatırladaq ki, Fatimə daha əvvəl daxili işlər naziri Vilayət Eyvazova müraciət etdiyini açıqlamışdı. Qeyd edək ki, Əməkdar artistlər Sənubər İsgəndərli, Fərqanə Qasımova, rəqqasələr Rəna Ağamuradova (Renka), Fatimə Fətəliyeva, aparıclar Mətanət Əliverdiyeva, İlkin Həsəni, Tarix Əliyev (Tolik), müğənni Kamilə Nəbiyeva, keçmiş "Dəyirman" qrupunun solisti ABD Malik, aktrisa Pərvin Abıyevanın da başına bənzər hadisə gəlib. Geri qayıt |