Əsas Səhifə > Güney Press > ABŞ-la münasibətləri bərpa etməyə hazırıq
ABŞ-la münasibətləri bərpa etməyə hazırıqBu gün, 12:29 |
Donald Trampın andiçmə mərasimindən sonra Gürcüstan ABŞ-la münasibətləri bərpa etməyə hazırdır. Axar.az xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib. “Biz ABŞ-la münasibətləri əhəmiyyətli dərəcədə bərpa etməyə və strateji münasibətləri sıfırdan yeniləməyə hazır olduğumuzu bir daha təsdiqləyə bilərik. Ümid edirik ki, bu istiqamətdə mühüm uğurlarımız olacaq”, - Kobaxidze bildirib. Onun sözlərinə görə, son dörd il bütün dünya üçün çətin keçib və Gürcüstanda dörd inqilab cəhdi olub. Geri qayıt |