Əsas Səhifə > Güney Press > Xəstəxana həyətində həkimi maşın vurdu
Xəstəxana həyətində həkimi maşın vurduDünən, 17:30 |
Quba rayon Mərkəzi Xəstəxanasının ərazisində xəsarətlə nəticələnən hadisə baş verib. "DİA-AZ" "Shimal.news”a istinadən xəbər verir ki, kardioloq Cabir Məmmədovu avtomobil vurub. Həkimlər ona dərhal tibbi yardım göstəriblər. Onun baş nahiyəsindən xəsarət aldığı və Reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilib. İnsident polis əməkdaşları tərəfindən araşdırılan zaman C.Məmmədov hadisəni törədən şəxs barəsində şikayətçi olmadığını söyləyib. Məsələ ilə bağlı TƏBİB-dən "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hadisə yanvarın 15-i saat 18:00 radələrində baş verib: "Quba rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar xəsarət alan 1 nəfər (kişi cinsli) Quba rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. 1950-ci il təvəllüdlü şəxsə qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, sol alın nahiyəsinin sıyrılmış yarası diaqnozu təyin olunub. Hazırda xəstəxananın müvafiq şöbəsində müalicəsi davam etdirilən yaralının vəziyyəti stabil qiymətləndirilir”. Geri qayıt |