Əsas Səhifə > Güney Press > Şuşa Bəyannaməsindəki detal sazişdə yoxdur

Şuşa Bəyannaməsindəki detal sazişdə yoxdur


Bu gün, 15:24
 Şuşa Bəyannaməsindəki detal sazişdə yoxdur
“Ermənistanın ABŞ-la imzaladığı sənəd “strateji müttəfiqlik” yox, “strateji tərəfdaşlıq” haqqındadır”.

Globalinfo.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli qeyd edib.

Onun sözlərinə görə, iki anlayış arasında prinsipial fərq var:

“Ermənistan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasında hərbi yardım barədə müddəa, öhdəlik yoxdur.

Azərbaycanın Türkiyə ilə 2010-cu ildə imzaladığı müqavilədə (Şuşa Bəyannaməsi bu müqavilənin yenilənmiş versiyasıdır) və 2022-ci ildə Rusiya ilə imzaladığı müttəfiqlik bəyannaməsində isə belə bir müddəa qeyd olunur.

Türkiyə ilə imzalanmış sənədlərdə bu məsələ konkret (tərəflər hücuma məruz qaldıqda bir-birinə yardım göstərəcəklər), Rusiya ilə Bəyannamədə isə bir az qeyri-müəyyən ifadə olunub. (Tərəflər hərbi yardımın göstərilməsi imkanını nəzərdən keçirə bilər).

Ermənistan və ABŞ arasında imzalanmış sənəd, əlbəttə ki, əhəmiyyətlidir, amma çox şişirtmək də lazım deyil”.

Geri qayıt