Əsas Səhifə > Güney Press > Moskvadakı erməni biznesmenlər narahatdır
Moskvadakı erməni biznesmenlər narahatdırDünən, 17:14 |
“Rusiya Federasiyasındakı erməni biznesinin nümayəndələri Ermənistanın Avrasiya İqtisadi İttifaqından mümkün çıxması ilə bağlı müzakirələrdən dərin narahatdırlar”. Musavat.com xəbər verir ki, bunu Ermənistan Sahibkarlar Assosiasiyasının və “Taşir” şirkətlər qrupunun prezidenti Samvel Karapetyan deyib. “Qlobal iqtisadi və geosiyasi təhdidlər kontekstində Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü ölkə iqtisadiyyatının sabitliyi üçün mühüm əhəmiyyət kəsb edir, burada xarici ticarət dövriyyəsinin demək olar ki, yarısı birlik ölkələrinin payına düşür”, - deyə erməni əsilli rusiyalı biznesmen bildirib. Karapetyanın sözlərinə görə, Avropa İttifaqının “cəlbediciliyinə” baxmayaraq, Aİİ-də iştirak təkcə iqtisadi artıma kömək etmir, həm də mövcud qeyri-müəyyən beynəlxalq vəziyyətdə son dərəcə vacib olan mühüm təhlükəsizlik səviyyəsini təmin edir. Samvel Karapetyan Ermənistanın enerji təhlükəsizliyi məsələsinə xüsusi diqqət yetirib. Bununla o, Paşinyan iqtidarını üstüörtülü şəkildə təhdid də edib. “Müasir qlobal iqtisadiyyatda enerji resursları davamlı inkişafın və sabitliyin təmin edilməsində əsas rol oynayır. 1990-cı illərdə enerji böhranı yaşayan Ermənistan üçün bu məsələ xüsusilə aktualdır”, - deyə o bildirib. Karapetyanın sözlərinə görə, Ermənistan hakimiyyəti ölkəni yenidən böhrana sürükləyə biləcək addımların mümkün nəticələrini anlamalıdır. Geri qayıt |