Əsas Səhifə > Güney Press > Direktorlar Şurasının üzvü “Azsığorta”dan ayrılıb
Direktorlar Şurasının üzvü “Azsığorta”dan ayrılıbDünən, 13:04 |
Abid Mamedov “Azsığorta” ASC-nin Direktorlar Şurasının üzvlüyündən ayrılıb. "APA-Economics" bu barədə sığorta şirkətinə istinadən xəbər verir. Bununla da, “Azsığorta”nın Direktorlar Şurasının üzvlərinin sayı ikiyə enib. Hazırda sığorta şirkətinin Direktorlar Şurasının sədri Viladi Maniyev, DŞ-nin üzvü isə Elnur Qurbanovdur. Qeyd edək ki, Abid Mamedov bundan əvvəl “CFI Financial İnvestisiya Şirkəti” QSC-nin (əvvəlki: AzFinance İnvestiya Şirkəti) rəhbərliyindən ayrılıb. Xatırladaq ki, “Azsığorta” 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 20.3 milyon manatdır. Geri qayıt |