Əsas Səhifə > Güney Press > "Axşam yeməyini tamamilə kəsmək lazımdır..."
"Axşam yeməyini tamamilə kəsmək lazımdır..."13-01-2025, 23:02 |
Əməkdar artist İlkin Əhmədov 6 kiloqram çəki atdığını açıqlayıb. Axşam.az xəbər verir ki, bu haqda xanəndə "Həmin Zaur" verilişində bildirib. O bildirib ki, hələ 6 kiloqram da arıqlayacaq: "Bir az kökəlmişəm, ona görə də idmanı saxlamışam. Hazırda çəki atıram. Altı kiloqram arıqlamışam və bir o qədər də çəki atacağam. Pəhriz saxlayıram, çörəkdən imtina etmişəm. Gün ərzində sulu və yağsız yeməklərlə qidalanmaq, axşam yeməyini isə tamamilə kəsmək lazımdır". Geri qayıt |