Əsas Səhifə > Güney Press, Partiya > İlyas İsmayılovdan ağsaqqal məsləhəti...
İlyas İsmayılovdan ağsaqqal məsləhəti...Bu gün, 09:12 |
"Ağsaqqalım İlyas İsmayılovun xəstələndiyindən gec xəbər tutdum. Vəziyyətini öyrənən kimi də ziyarətinə getdim. Sən demə, 1 aydan çoxdur imiş ki, diz qapağında başlayan ağrılar onun hərəkət etməsinə mane olurmuş. Bədəninin digər hissələrindən, o cümlədən daxili orqanlarından heç bir şikayəti yox idi. Sadəcə sağ dizində yaranmış bu ağrılar dağ boyda adamı yorğan-döşəyə salıb. İçimdə “tifağın dağılmasın, dünya” deməkdən özümü saxlaya bilmədim..." "DİA-AZ" xəbər verir ki, bunu özünün "facebook" səhifəsində tanınmış jurnalist Heydər Oğuz qeyd edib. Jurnalist daha sonra əlavə edib: "Qarşısında məni görüncə, sanki gözlərinin dərinliklərində sevinc şəfəqi bərq vurdu. Tibb bacısının dediyinə görə, bir neçə gün əvvəllə müqayisədə əhvalı xeyli yaxşılaşmışdı. Sevindim ki, mən də onun əhvalının düzəlməsinə şahidlik edirəm. Ayaq üstə durmamağımı, ona yaxın yerdə oturmağımı istədi. Mən də stulu çəkib ona ən yaxın yerdə oturdum. Xeyli söhbətləşdik, mənimlə köhnə xatirələrini yada saldı, dünyada, regionumuzda və ölkəmizdə baş verənlərdən danışdıq. Hətta Naxçıvanı da yaddan çıxartmadı. Muxtar Respublikadakı hazırkı vəziyyəti soruşdu. Mən də təbii ki, “canişin” əfəndi adlanan adamın “lax çıxdığını” hörmətli ağsaqqalın nəzərinə çatdırdım. Güldü. Dedi ki, “sən ağıllı adamsan, gül kimi vaxtını “lax yumurtalara” həsr eləmə. Böyük işlərlə uğraş. Qəbul et ki, həyatın qanunu belədir. Bütün yumurtalar salamat çıxmaz. Təbii ki, içərisindən lax çıxanlar da olur və dünya durduqca da belə olacaq. Amma lax yumurtalar sən düşündüyün qədər də təhlükəli deyillər. Onların təhlükəliliyi lax olduqları anlaşılana qədərdir. Sənin kimi saf-çürük etməyi bacaran adamlar yumurtanın lax çıxdığını anlayandan sonra onların səbətdə yer tutmaq şansları da bitər. Bir az səbr elə, hər şey yoluna düşəcək”. Söhbətimiz əsnasında mənə partiyaya qayıtmağımı xahiş etdi. Dedim ki, qayıdaram: “Amma bir şərtlə; sizli və sizin sədrlik etdiyiniz partiyada fəaliyyət göstərmək istəyərəm. Mənim partiyaya qayıtmağım sizdən asılıdır. Tezliklə, sağalın, ilk əvvəl siz partiyadakı fəallığınızı bərpa edin, mən də sizi izləyim. Əks halda, İlyas İsmayılov kimi bir nəhəngin yanında yetişmiş bir şəxs olaraq başqasının tabeliyində işləyə bilmərəm. Özümün isə partiya rəhbərliyinin heç bir postunda gözüm yoxdur. Odur ki, siz tezliklə sağalmağa çalışın, qalanını sonra müzakirə edərik”. Mənimlə razılaşdı. “Üzərimə böyük məsuliyyət qoyursan. İnşallah, tezliklə partiyada görüşərik”, - dedi..." Geri qayıt |