Əsas Səhifə > Güney Press > Tiktoker Fatimə ev dustaqlığına buraxıldı

Tiktoker Fatimə ev dustaqlığına buraxıldı


Dünən, 18:02
Tiktoker Fatimə ev dustaqlığına buraxıldı
Tiktok əməliyyatı zamanı saxlanılan Fatimə Şeydabəyova ev dustaqlığına buraxılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, bu barədə qərar Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə elan edilib.

Belə ki, təqsirləndirilən şəxsin vəkili məhkəmə qarşısında vəsatət qaldırıb.

Vəsatətdə göstərilib ki, tiktoker xanımın autizmdən əziyyət çəkən 4 yaşlı övladı var.

Qısa müşavirədən sonra məhkəmə humanist addım ataraq vəsatəti təmin edib və Fatimə Şeydabəyova ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülüb.

Geri qayıt