Əsas Səhifə > Güney Press > Tərtər şəhər Vüqar Tofiq oğlu Həsənov küçəsində də asfalt örtüyünün salınması işlərinə başlanılıb
Tərtər şəhər Vüqar Tofiq oğlu Həsənov küçəsində də asfalt örtüyünün salınması işlərinə başlanılıbBu gün, 17:44 |
Hazırda şəhərin Üzeyir Hacıbəyov, Mahir Əsədov küçələrindən sonra Vüqar Tofiq oğlu Həsənov küçəsində də sakinlərin rahat gediş-gəlişini təmin etmək üçün asfalt örtüyünün salınması işləri aparılır. Əvvəlcə yolun yatağı qum-çınqıl tökülərək xüsusi texnikalar vasitəsi ilə hamarlanır, daha sonra asfalt örtüyü çəkilir. Ümumilikdə küçəyə 7800 kvadrat metr asfalt örtüyün salınması nəzərdə tutulub. Əlavə olaraq küçədə İşıq, qaz, su və telekommunikasiya xətləri də qaydaya salınır. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov asfalt örtüyü salınan küçəyə gedərək, görülən işlərlə yerində tanış olub, əlaqədar şəxslərə tapşırıq və tövsiyyələrini verib, sakinlərlə görüşüb. Bildirib ki, sözügedən küçəyə ilk dəfə asfalt örtük çəkilir. Əvvəllər bu yolun yatağı çınqıldan ibarət olub. Sakinlər görülən işlərdən razılıq edərək, küçədə aparıaln abadlıq işlərinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. "DİA-AZ" Geri qayıt |