Əsas Səhifə > Güney Press > Əhmədian əslində Ermənistana mesaj ötürur
Əhmədian əslində Ermənistana mesaj ötürurDünən, 17:31 |
Regiondankənar və xarici qüvvələrin mövcudluğu bölgədə siyasi və təhlükəsizlik məsələlərinin mürəkkəbliyini artırır və bunların həllinə kömək etməyəcək. Bunu İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşən İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian deyib. Əhmədian sülh və sabitliyin bərqərar olmasının yalnız region ölkələrinin köməyi və əməkdaşlığı ilə mümkün olduğunu bildirib. Görüşdə iki ölkə arasında hərtərəfli siyasi, iqtisadi və müdafiə əlaqələrinin səviyyəsinin yüksəldilməsinin vacibliyi də vurğulanıb. Tərəflər neft emalı və neft-kimya sənayesi kimi yeni sahələrdə əməkdaşlığın daha da genişləndirilməsindən söz açıblar. Qeyd edək ki, Əhmədian Paşinyanla ötən gün görüşüb. Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov “Sherg.az”a söyləyib ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Ermənistanın Baş naziri Nikol Paşinyan görüşdə regiondan kənar qüvvələr haqqında danişarkən Ermənistana mesaj ötürmüş olur: “Çünki hazırda regiondan kənar qüvvələrin at oynatdığı və özünün meydançasına çevirdiyi ərazilər Ermənistana məxsusdur. Bu gün Ermənistanda Avropa İttifaqının mülki müşahidə missiyası adı altında Qərb casus şəbəkələri kəşfiyyat fəaliyyətləri aparırlar. Eyni zamanda Ermənistan ərazilərində Fransanın casus şəbəkələri at oynadırlar. Məhz Ermənistan onu silahlandıran Fransa kimi qüvvələrin və Qərb havadarlarının vasitəsilə bölgəyə gərginlik bəxş edir. Halbuki Azərbaycan tərəfindən “3+3” platforması təklif edilib. Bu təklif sayəsində regiondan kənar bölgəyə sirayət olmaq çalışan qüvvələri sərf-nəzər edərək region ölkələrinin birliyini özündə ehtiva edir. Lakin buna baxmayaraq Əhmədian Paşinyanla görüşdə Ermənistanın adını çəkərək cəsarətli formada rəsmi İrəvanın regiondan kənar qüvvələri Cənubi Qafqaza daşımağı ilə bağlı heç bir mesaj vermədi. Bağlı qapılar arxasında söhbətn hansı məcrada getdiyini deyə bilmərik. Ümumiyyətlə, Ermənistan regiondan kənar qüvvələri Cənubi Qafqaza daşıma problemi faktiki olaraq həll olunmur və bölgədə sülhü, sabitliyi təhdid edən elementə çevrilir”. Geri qayıt |