Əsas Səhifə > Güney Press > Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədində missiya müddətini uzatmaq istəyir
Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədində missiya müddətini uzatmaq istəyirDünən, 15:53 |
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Aİ-nin Ermənistanda mülki missiyasının yerləşdirilməsinin daha iki il müddətinə uzadılmasını təklif edib. Reyting.az xəbər verir ki, bu barədə Aİ-nin ali nümayəndəliyin mətbuat xidmətindən erməni mediasına bildiriblər. “Üzv dövlətlər bu təklifi dəstəkləyiblər və hazırda Aİ Şurasının müvafiq qurumları ilə lazımi hüquqi aktları müzakirə edirlər. Şuranın müddətin uzadılması ilə bağlı qərarının yaxın günlərdə verilməsi gözlənilir”, - deyə mətbuat xidmətindən bildiriblər. Qeyd edək ki, Azərbaycan bu missiyanı ikili standartlar və bəzi hallarda təxribat kimi qiymətləndirir. Onu da əlavə edək ki, Aİ-nin Ermənistandakı mülki missiyası 2023-cü ilin fevralında İrəvana ilk 100 mülki müşahidəçi ilə daxil olub və bir neçə ay sonra onların sayı bir neçə dəfə artırılıb. Geri qayıt |