Əsas Səhifə > Güney Press > Şabranda 10-cu sinif şagirdi məktəb yoldaşının gözünü ÇIXARIB
Şabranda 10-cu sinif şagirdi məktəb yoldaşının gözünü ÇIXARIBBu gün, 12:48 |
Şabran şəhərindəki T.Abbasov adına 1 saylı tam orta məktəbdə 10-cu sinif şagirdinin 11-ci sinif şagirdini xəstəxanalıq etməsi barədə məlumat vermişdik. Şagirdlər arasında baş verən insidentin təhsil müəssisəsindən kənarda baş verdiyi bildirilib. Bizim.Media-nın yerli bürosu məktəblilər arasında baş verən insidentlə bağlı bəzi təfərrüatları öyrənib. Məlum olub ki, məktəblilər arasında mübahisəyə şəxsi məsələ səbəb olub. Əldə etdiyimiz məlumata görə məktəblilər arasında baş verən xoşagəlməz olayda iki məktəbli deyil, daha bir neçə nəfərin iştirak etdiyi deyilir. Araşdırma getdiyindən məsələnin məğzini açıqlamırıq. İnsident zamanı 10-cu sinif şagirdi yumruqla 11-cu sinif şagirdinə xəsarət yetirib. Göz nahiyəsindən ağır zərbə alan məktəbli əməliyyat olunmaq üçün Şabran Rayon Mərkəzi Xəstəxanasında ilk tibbi yardım edildikdən sonra Bakıya - Akademik Zərifə Əliyeva adına Oftalmologiya Mərkəzinə göndərilib. Hazırda Şabran rayon Polis şöbəsində və Quba-Xaçmaz Regional Təhsil İdarəsində araşdırmalar gedir. Digər məlumata görə məktəbli yoldaşına xəsarət yetirən 10-cu sinif şagirdi çətin tərbiyə olunan uşaq sayıldığı üçün məktəbdən xaric olunub. Bu məsələyə gəlincə, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin əməkdaşı Murad Qəribov hazırda araşdırma getdiyindən hələki əlavə məlumat verməyib. Geri qayıt |