Əsas Səhifə > Güney Press > Ailənin xəstə üzvünə xidmət etmək üçün xəstəlik vərəqələrinin verilməsi...
Ailənin xəstə üzvünə xidmət etmək üçün xəstəlik vərəqələrinin verilməsi...Bu gün, 08:17 |
İşçilərə: Ailənin xəstə üzvünə xidmət etmək üçün xəstəlik vərəqələrinin verilməsi hansı hallarda və qaydada həyata keçirilir? 1 Sığorta haqları ödəyən şəxs və ya işçilərə xəstəlik vərəqələri, onları vermək hüququna malik olan tibb müəssisələrinin həkimləri tərəfindən verilir. 2. Müalicə həkimi olmayan yerlərdə, habelə üzən gəmilərdə feldşerə, tibb məntəqəsinin müdirinə xəstəlik vərəqələri vermək hüququ verilə bilər. 3. Ailənin xəstə üzvünə xidmət etmək üçün xəstəlik vərəqəsi, həmin xəstələri müalicə edən həkim tərəfindən verilir. 4.14 yaşı tamam olmuş və ailənin böyük yaşlı xəstə üzvünə qulluq etmək üçün xəstəlik vərəqəsi, qulluq edilməməsi xəstənin həyatı və sağlamlığı üçün təhlükə törətdikdə və ya həmin xəstəni xəstəxanaya qoymaq imkanı olmadıqda verilir. 5. Ailənin belə xəstə üzvünə qulluq etmək üçün verilən xəstəlik vərəqəsinin müddəti 7 gündən artıq olmamalıdır. Bu müddət yalnız müstəsna hallarda xəstəliyin ağırlığından və məişət şəraitindən asılı olaraq müalicə edən həkimi tərəfindən baş həkimlə birlikdə, ümumiyyətlə isə 10 təqvim günündən çox olmayaraq uzadıla bilər. 6. 14 yaşına çatmamış xəstə uşağa qulluq etmək üçün xəstəlik vərəqəsi uşağın anasına (atasına) və uşağa qulluq edən digər şəxsə verilir. Xəstəlik vərəqəsi bu cür xəstə uşağın ambulator və stasionar müalicəsində, onun xidmətə ehtiyacı olan bütün dövr üçün verilir 7.Uşağın stasionar müalicəsi zamanı xəstəlik vərəqəsi işçiyə - uşağa qulluq etmək üçün yanında qaldıqda aşağıdakı qaydada verilir: İmmun çatışmamazlığı virusu ilə yoluxmuş və ya SPİD xəstəliyinə tutulmuş 16 yaşına çatmamış xəstə uşağın müalicəsində valideynlərindən birinə, yaxud digər qulluq edən şəxsə uşağın qulluğa ehtiyacı olan bütün dövr üçün. 8.Aşağıdakı hallarda işçilərə xəstəlik vərəqəsi verilmir: xroniki xəstələrə qulluq üçün, həyati göstərişinə görə stasionar müalicəsi vacib olarsa, xəstə, yaxud onun ailəsi xəstəxanaya yerləşdirilməkdən imtina etdikdə, sağlam uşağa xidmət üçün. Azər Quiyev Neftçilərin hüquqlarının Müdafiəsi Təşkilatının Eksperti - "DİA-AZ" (dia-az.link) Geri qayıt |