Əsas Səhifə > Güney Press > Nazirlikdən getdi, müşavir təyin edildi

Nazirlikdən getdi, müşavir təyin edildi


Dünən, 18:01
Nazirlikdən getdi, müşavir təyin edildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Reabilitasiya, keyfiyyətə nəzarət və xidmətin təşkili departamentinin müdiri Bahadur Rzayev vəzifəsindən azad edilib.

Qaynarinfo-nun əldə etdiyi məlumatına görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Bahadur Rzayev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədrinin müşaviri təyin olunub.

Qeyd edək ki, Bahadur Rzayev 1996-cı ildə anadan olub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Menecment ixtisası üzrə bakalavriat, İstanbul Universitetində Biznesin təşkili və idarəedilməsi ixtisası üzrə magistratura təhsili alıb.

Eyni zamanda, 2022-2026-cı illər üzrə Dövlət Proqramı çərçivəsində İngiltərənin Birmingham Universitetində "Healthcare Policy and Management" ixtisası üzrə magistratura təhsilini başa vurub. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində departament müdiri vəzifəsində çalışıb.

Geri qayıt