Əsas Səhifə > Güney Press > "Pul xərcləməyən kişi ilə görüşməyə dəyməz, cinsəllikdən sonra..."

"Pul xərcləməyən kişi ilə görüşməyə dəyməz, cinsəllikdən sonra..."


Dünən, 22:38
"Pul xərcləməyən kişi ilə görüşməyə dəyməz, cinsəllikdən sonra..."
Zaman-zaman sosial şəbəkələrdə yerli və xarici psixoloqların gənc qızlara “Sizə madiyyat xərcləməyən kişilər, dəyər vermir deməkdir” kimi fikirləri ilə rastlaşırıq. Artıq yetişməkdə olan gənc nəsil də bunu əsas meyar olaraq görür. Bəs görəsən bu yanaşmada nə qədər həqiqət payı var?

Mövzu ilə bağlı tanınmış psixoloq Samirə Bağırova Moderator.az - a danışdı.

“Məsələ burasındadır ki, onsuzda bütün dövrlərdə, sevgililər səbəbli günlərdə qarşılıqlı olaraq hədiyyələr edirdilər. Bu bir növ cütlüklərin bir- birinə göstərdiyi əlavə diqqət, könlü xoş etmək məqsədilə göstərilən davranışdır. Sadəcə son zamanlarda bu hal o qədər abartılı vəziyyət alıb ki, hisslər, dəyərlər qalıb bir kənarda münasibətlər açıq -aşkar bazara çevrilib. Qayda budur ki, kişi hədiyyə etmədikcə, qadın kişini hədiyyələrə boğa bilməz və kişinin hədiyyəsindən bahalı hədiyyə etməsi tövsiyə olunmur. Təbii ki, evlilikdə qaydalar dəyişə bilir. Kişiyə gəldikdə imkanına görə, səbəbli günlərdə qarşı tərəfə hədiyyə verməsi və qadından hədiyyə alması normaldır. Bəzi kişilər hədiyyələr edir və bir müddət qadından heç bir istəyi olmur ki, qadın onun ciddi yanaşdığını düşünsün. Yəni, indi “ saxlamaq “ da ciddi kimi qəbul edilir. Cütlüklər arasında ilk görüş adətən həmişə ya çiçək, ya konfet ilə təşəkkür simvolu daşıyıb. Sadəcə indiki münasibətlərdə hər şey tərs getdiyi üçün, münasibət qısamüddətli olur. Zaman içərisində, insanlar bir- birini yaxşı tərəfdən tanıdıqca, sonradan yaranmış ola biləcək alış- veriş işləri, və ya intim əlaqələri, indi tanışlığın lap başlanğıcına keçib və alqı-satqıdan, cinsəllikdən sonra münasibət qurmağa çalışmaq, təbii ki, çox halda heç bir nəticə vermir. Bu bir növ fahişə sifariş edib, sonra oturub evlilikdən danışmağa bənzəyir. Əfsuslar olsun ki, kişilərin təmənnalı olaraq pul, hədiyyə təklif etdikləri kimi, qadınlar da bunları tələb etməyə başlayıblar ki, bu da özünü satmaqdır. Bəzi insanlar özünə dəyərlə, özünü satmağı səhv salmağa başlayıb. Məsələ burasındadır ki, əgər qadın öz xanımlığını, xarakterini doğru şəkildə vurğulasa, kişidən nə isə tələb etməsinə ehtiyac qalmır. Maraqlı olan digər məqam da odur ki, gənc qızlar bahalı hədiyyələr qəbul edərkən, bu hədiyyələrin kim tərəfdən və hansı səbəblə verilməsi, çox zaman ailələrində kimisə narahat etmir. Hər bir bahalı hədiyyənin hər hansısa ödəniləcək bir bədəli var. Verilən hər hədiyyə qəbul edilməlidirmi? Bu insanı dəyərsizləşdirən faktorlardandır. Digər məsələlərdən biri də odur ki, hədiyyələri rahatlıqla qəbul edirlər, sonradan kişilərin onlardan ancaq cinsəllik tələb etdiklərindən şikayət edirlər. Ya hədiyyədən imtina edəcək qürura sahib olmalısan, ya da hədiyyə qəbul etməyin kiməsə aid olmaq mənasına gəlmir. Bir çox gənc qızlar isə hədiyyə qarşılığında, özünü borclu hiss edərək, tez təslim olma halları geniş şəkildə yayqındır. Sonra təhqir olunanda, yenə narazı qalırlar. “ Sənə pul xərcləməyən kişi ilə görüşməyə dəyməz “ deyən mütəxəssislərə isə sual vermək lazımdır ki, bir kişi qadının hansı keyfiyyətlərinə görə pul xərcləməlidir? Fahişə də pul müqabilində görüşür, amma nədənsə adı fahişədir. Qadın cəmiyyətin tərbiyələndirən üzvüdür. İndiki qadınlarda qürur problemi var. Bəli, sənə pul xərcləməyənlə görüşməyə dəyməz, çünki evliliyə qədər bütün münasibətlər təcrübələr toplusu olaraq, qeyri- ciddidir. Ciddi qadına isə, sağlam kişi ilk gündən fikrinin ciddi olduğunu bildirir. Saxlamağa deyil, evlənməyə”.
Geri qayıt