Əsas Səhifə > Güney Press > Almatıdan Antalyaya uçan təyyarə Aktauda təcili eniş edib
Almatıdan Antalyaya uçan təyyarə Aktauda təcili eniş edibDünən, 17:42 |
“Air Astana” aviaşirkətinin Almatıdan Antalyaya uçan təyyarəsi nasazlıq səbəbindən Aktauda təcili eniş edib. “Report” Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb. "Yanvarın 8-də Almatı-Antalya marşrutu üzrə KC915 reysini yerinə yetirən “Airbus A321” tipli təyyarə yerli vaxtla saat 8:35-də hava limanından havaya qalxıb. Təyyarə texniki səbəbdən Aktau hava limanına ştat rejimində eniş edib. Buna səbəb əsas çənin yanacaq sisteminin qoruyucu klapanının nasazlığı olub", - məlumatda bildirilib. Məlumata görə, Almatıdan ehtiyat hissəsinin gətirilməsinin zəruriliyi ilə əlaqədar reys yanvarın 9-u saat 9:20-yə təyin edilib. "Sərnişinlər yeməklə təmin olunub və mehmanxanaya yerləşdirilib. Antalyadakı sərnişinlərlə də bağlı analoji tədbirlər görülür", - aviaşirkət bildirir. Geri qayıt |