Əsas Səhifə > Güney Press, Partiya > Partiyalar bələdiyyə seçkilərinə neçə namizədlə qatılacaq?
Partiyalar bələdiyyə seçkilərinə neçə namizədlə qatılacaq?Dünən, 17:06 |
Xəbər verdiyimiz kimi, yanvar 29-da Azərbaycanda yerli özünü idarəetmə orqanlarına-bələdiyyələrə seçkilər keçiriləcək. Artıq namizədlərin Dairə Seçki Komissiyaları tərəfindən qeydiyyata alınması prosesi başa çatıb. Təbii ki, istənilən seçki cəmiyyətdə ictimai fəallığı artırır. Bəs siyasi partiyalar bələdiyyə seçkilərinə necə namizədlə qatılacaqlar? REAL Partiyasının sədri Natiq Cəfərli Bizim.Media-ya açıqlamasında bildirib ki, partiyası 20-dən artıq namizədlə bələdiyyə seçkilərinə qatılır: “Onların bəzilərinə qeydiyyata alınmamaqla bağlı bildiriş gəlib. Bu məsələ ilə bağlı hüquqi prosesə başlatmışıq. Bu proses başa çatandan sonra hansı ərazilərdən, nə qədər namizədimizin olacağı barədə dəqiq məlumat verə biləcəyik”. Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə isə parlament seçkilərindən sonra bələdiyyə seçkiləri üçün hazırlıqlara başladıqlarını bildirib: “Namizədlərimizi müəyyənləşdirdikdən sonra müvafiq Dairə Seçki Komissiyalarına müraciət etdik. Artıq 25 namizədimiz qeydiyyata alınıb. Biz partiya olaraq bələdiyyə seçkilərində aktiv iştirak edirik”. Ağ Partiyanın sədri Tural Abbaslı da partiyasından 20-dən çox namizədin qeydə alındığını vurğulayıb: “Bələdiyyə üzvlüyünə namizədlər iki yolla olub. Beləki, bir qisim namizəd birbaşa partiyanın təşəbbüsü ilə irəli sürüb. Digər qisim namizədlər də var ki, onlar müstəqil şəkildə seçkilərə qatılıb. Partiyanın irəli sürdüyü namizədlərdən 20-dən artığı artıq qeydiyyata alınıb. Hər kəsə xeyirli-uğurlu olsun”. Geri qayıt |