Əsas Səhifə > Güney Press > "Ərim köhnə kişilərdəndir, istədiyimin fotosunu atıram, pulunu göndərir"
"Ərim köhnə kişilərdəndir, istədiyimin fotosunu atıram, pulunu göndərir"Dünən, 11:30 |
Müğənni Vəfa Şərifova maraqlı açıqlamalar verib. Musavat.com xəbər verir ki, "Qonaqcanlı"nın efirində sənətçi həyat yoldaşından danışıb. Onun romantikadan uzaq biri olduğunu deyən Vəfa bahalı hədiyyələrinin necə aldığını etiraf edib: "Mənə deyirlər ki, özüm-özümə hədiyyə edirəm. Əslində elədir. Mən seçirəm, şəkilini atıram ki, bunu istəyirəm. O da pulunu kartıma göndərir. Həyat yoldaşım köhnə kişilərdəndir. Bizdə romantika yoxdur. Gözləmədiyim halda sürpriz olmayıb. Küsəndə hədiyyə aldığı olub". Geri qayıt |