Əsas Səhifə > Güney Press > Neft qiymətləri bahalaşır
Neft qiymətləri bahalaşırDünən, 11:20 |
Bü gün dünya bazarlarında neft qiymətləri bahalaşıb. OPEC-in neft hasilatının azalması, ABŞ-də iş yerlərinin gözlənilməz artımı qiymətlərin yüksəlməsinə səbəb olub. Belə ki, OPEC-in neft hasilatı iki aylıq artımdan sonra dekabrda azalıb. ABŞ-də iş yerlərinin artması, iqtisadi fəallığın genişlənməsinə və bunun nəticəsində neftə tələbatın artmasına işarə edir. "Brent" markalı neft 28 sent artaraq 77,33 dollar, ABŞ-nin Qərbi Texas nefti 40 sent bahalaşaraq 74,65 dollar olub. "Azeri Light" markalı Azərbaycan nefti 15 sent artaraq 79,63 dollar təşkil edib. Lakin analitiklər gələcəkdə neft qiymətlərinin aşağı düşəcəyini gözləyirlər, çünki OPEC-ə daxil olmayan ölkələrdə hasilatın artacağı proqnozlaşdırılır. Qeyd edək ki, Rusiya Baş nazirinin müavini Aleksandr Novak "OPEC plyus" nazirlərinin görüşünün yekunlarına dair "Rossiya-24" telekanalına müsahibəsində bildirib ki, OPEC plyus" ölkələri birlikdə saziş şərtlərini 100%-dən çox yerinə yetirir. Xatırladaq ki, "OPEC plyus" ölkələri 2025-ci il üçün razılaşdırılmış neft hasilatı kvotalarını 2026-cı ilə qədər uzatmaq qərarına gəlib. Eyni zamanda alyans səkkiz ölkənin sadiq qaldığı 2,2 milyon barel/gündəlik könüllü azalmaların müddətini 2025-ci ilin birinci rübünün sonuna qədər artırıb. Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 39-cu görüşü isə 2025-ci ilin 28 may tarixinə təyin edilib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 dollardan hesablanıb. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb. SPUTNİK.az Geri qayıt |