Əsas Səhifə > Güney Press > “Premium Bank”a sığorta agenti fəaliyyəti lisenziyası verilib
“Premium Bank”a sığorta agenti fəaliyyəti lisenziyası verilib7-01-2025, 17:45 |
Azərbaycan Mərkəzi Bankı “Premium Bank” ASC-yə sığorta agenti fəaliyyəti üçün lisenziya verib. Banker.az bu barədə AMB-yə istinadən xəbər verir. Beləliklə, hazırda Azərbaycanda 57 hüquqi şəxs sığorta agenti lisenziyasına malikdir. Xatırladaq ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 154,601 milyon manatdır. Bankın səhmdarları 84,47 % payla Zərifə Həmzəyeva, 15,22 % payla “VIP Aviation Services” MMC və 0,31 % payla Elvira Əhmədovadır. Geri qayıt |