Əsas Səhifə > Güney Press > Qaziyə məxsus tikilidə uçqun:
Qaziyə məxsus tikilidə uçqun:7-01-2025, 12:56 |
Şabran rayonunda fermada uçqun baş verib. Publika.az-ın əldə etdiyi məlumata görə, hadisə yanvarın 6-sı saat 06 radələrində Şabran rayonu Xəlfələr kəndində qeydə alınıb. Vətən müharibəsi qazisi, 1995-ci il təvəllüdlü Rövşən Abdulla oğlu Abdullaya məxsus olan fermanın çiy kərpicdən hörülmüş divarı uçub. Nəticədə tikilinin içərisində olan 90 baş qoyun tələf olub. Hadisə ilə bağlı araşdırma aparılır. Geri qayıt |