Əsas Səhifə > Güney Press > Görüş başlayır: ərazilərimiz bu ölkələr arasında bölünəcək

Görüş başlayır: ərazilərimiz bu ölkələr arasında bölünəcək


7-01-2025, 09:34
Görüş başlayır: ərazilərimiz bu ölkələr arasında bölünəcək
“Hər dəfə sülhdən danışan, amma bunun üçün heç nə etməyən, hər dəfə Allahın adını çəkən, lakin özü addım atmayan xalq! (erməniləri nəzərdə tutur – red.)”.

Globalinfo.az xəbər verir ki, bunu dövlət idarəçiliyi üzrə ekspert Ovannes Avetisyan yazıb.

O bildirib ki, Türkiyə və İran arasında danışıqlarda Ermənistanın ərazi bütövlüyü ilə bağlı qərar veriləcək:

“Hər fürsətdə gözəl gələcəkdən bəhs edən, lakin bunun formalaşmasına qarışmayan bir xalq! Türkiyə və İran rəsmiləri yaxın günlərdə görüşüb, ərazilərimizə təsir zonalarını necə bölüşdürəcəklərinə (“Zəngəzur dəhlizi” adı altında – O.A) qərar verəcəklər”.

Qeyd edək ki, bir qədər əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Türkiyə ilə Zəngəzur dəhlizi barədə müzakirə aparacaqlarını açıqlayıb.

Geri qayıt