Əsas Səhifə > Güney Press > Bayden Sorosa "Azadlıq" medalı verməklə bu mükafatı dəyərdən saldı

Bayden Sorosa "Azadlıq" medalı verməklə bu mükafatı dəyərdən saldı


6-01-2025, 10:43
Bayden Sorosa "Azadlıq" medalı verməklə bu mükafatı dəyərdən saldı
Cozef Bayden növbəti dəfə anlaşılmaz qərarları ilə gündəmə gəlib. "Fox News" bu ay vəzifəsini Donald Trampa təhvil verəcək Baydenin gethagetdə medal paylamasını tənqid edib.
Nəşrin köşə yazarı Co Konça yazıb ki, Ağ Ev rəhbərinin ölkənin ən ali mülki mükafatlarından biri sayılan "Azadlıq" medalını milyarder və Açıq Cəmiyyət Fondunun təsisçisi Corc Sorosa verməsi absurd qərar olub. O, həmçinin ABŞ-nin keçmiş dövlət katibi Hillari Klintonun da eyni medalla təltif edilməsini bu mükafatı gülüş obyektinə çevirib. Konça qeyd eidb ki, hər iki şəxsin ali medalla mükafatlandırılması sadəcə amerikalıları özündən çıxarmaq cəhdidir.

Məqalədə qeyd edilib ki, əgər Bayden prezidentliyinin sonunda mümkün qədər çox amerikalını qəzəbləndirmək qərarlarını sıralasa, o zaman siyasətçi ilə bağlı bütün şübhəli gözləntiləri üstələyəcək: "Bunun sübutu kimi Baydenin seçkiləri qəbul etməyən Hillari Klinton və Corc Sorosa prezident mükafatı sayılan "Azadlıq" medalını verməsi qərarını göstərmək olar. Çünki onlar illər ərzində ABŞ-yə xüsusi seçilən vətəndaş kimi bu ölkədə yaşamış hər kəsdən daha çox zərər vurublar...".

Müəllif onu da qeyd edib ki, Bayden son onilliyin ən qeyri-populyar dövlət başçısı kimi vəzifədən ayrılır. Bu yolda o, bir vaxtlar xüsusi mükafatlar sayılmış medalları özünün sözü qədər dəyərsiz hala gətirir.
Xatılradaq ki, bir müddət öncə ABŞ prezidenti Corc Soros, siyasətçi Hillari Klintonla yanaşı daha 16 nəfərə Azadlıq medalı təqdim edib.

AzVision.az

Geri qayıt