Əsas Səhifə > Güney Press > Venesuela parlamenti Maduronu üçüncü prezidentlik müddətinə dəvət edib
Venesuela parlamenti Maduronu üçüncü prezidentlik müddətinə dəvət edib6-01-2025, 06:11 |
Venesuela Milli Assambleyasının (Parlament) sədri Xorxe Rodriges ölkə başçısı Nikolas Maduronu yanvarın 10-da üçüncü prezidentlik müddətinə başlamağa dəvət edib. APA xəbər verir ki, Rodriges bunu parlamentin yanvarın 5-də keçirilən birinci iclasından sonra “Venezolana de Television” telekanalının canlı efirində deyib. “28 iyul 2024-cü ildə yenidən Venesuela Bolivar Respublikasının Prezidenti seçilən Nikolas Maduro Morosun 2025-ci il yanvarın 10-da vəzifəyə başlaması üçün dəvəti təsdiq edirik”, - deyə o bildirib. Qeyd edək ki, ötən ilin iyul ayının 28-də Venesuelada seçkilər keçirilib və seçkilərdə hazırkı dövlət başçısı Nikolas Maduro qalib gəlib. Seçicilərin 51,95 faizi ona səs verib. Geri qayıt |