Əsas Səhifə > Güney Press > Qanunsuz kosmetoloji fəaliyyətə görə klinika 20 min manat cərimələndi

Qanunsuz kosmetoloji fəaliyyətə görə klinika 20 min manat cərimələndi


5-01-2025, 09:00
Qanunsuz kosmetoloji fəaliyyətə görə klinika 20 min manat cərimələndi
Bakıda lisenziya olmadan özəl tibb fəaliyyəti (kosmetoloji) ilə məşğul olan "VMR Medical Center" MMC ilə bağlı məhkəmə qərar verib.

"DİA-AZ" "Qaynarinfo"ya istinadla xəbər verir ki, Səhiyyə Nazirliyi tərəfindən Nərimanov rayonunda fəaliyyət göstərən "VMR Medical Center" MMC-də yoxlama aparılıb.

Aparılan yoxlama zamanı "VMR Medical Center"də lisenziya olmadan kosmetoloji fəaliyyətlə məşğul olma faktı aşkar olunub.

MMC-nin baş direktoru və qanuni təmsilçisi Həsənov Vüsal Şükür oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə "VMR Medical Center" MMC-nin baş direktoru İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 20 min manat məbləğində cərimə olunub.
Geri qayıt