Əsas Səhifə > Güney Press > Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının hansı vəzifə və funksiyaları vardır?

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının hansı vəzifə və funksiyaları vardır?


3-01-2025, 10:56
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının hansı vəzifə və funksiyaları vardır?
Bir çox hallarda bizə müraciət edən işçilərdə belə bir yanlış fikir formalaşır ki, Təşkilatımız istədiyi vaxt istənilən müəssisəni yoxlaya, hər hansı bir vəzifəli şəxsi cəzalandıra, işdən çıxara, istənilən nüraciəti qanunsuz olsa belə bərpa etməyə borcludur. Göstərilənləri əsas tutaraq Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının fəaliyyəti vəsəlahiyyətləri barədə qısa da olsa məlumat vermək istəyirəm:
1. NHMT İB-yi - Azərbaycan Respublikasının Konstitusiyası,QHT-lər haqqında AR Qanunu və s. normativ hüquqi aktlara uyğun fəaliyyət göstərir.
2. NHMT İB-yi -öz fəaliyyəti barədə hər il illik hesabat hazırlayıb, ictimaiyyətə təqdim edir.
3. NHMT İB -dövlət orqanı, hüquq mühafizə orqanı və ya məhkəmə deyildir.Təşkilatın hər hansı bir məcburi qərarı və ya inzibati qərar qəbul etmək, müəssisələri yoxlanmaq və sair kimi səlahiyyətləri yoxdur.
4. NHMT İB-nin əsas vəzifəsi: neft sahəsində çalışan İşçilərə hüquqi yatdım göstərmək, bu işçilərə - dövlət orqanlarına, hüquq mühafizə orqanlarına, Mediasiya və məhkəməyə ərizə və s. sənədləri hazırlamaq, ictimailəşdirmək və digər vəzifələrdən ibarətdir.
5.NHMT İB-yi bu vəzifələri təşkilatın ofisində, şəxsi qəbulla,FB və Vatsapda, şəhər və mobil telefonla, mediasiya və məhkəmədə təmsil olunmaqla və sair yollarla həyata keçirir. Təşkilatın kömək etdiyi işçilərin demək olar ki, əsas hissəsinin əmək hüquqlarını bərpa etməyə nail oluruq. Lakin, bəzən bizdən asılı olmayan səbəblərdən azda olsa işçinin əmək hüquqlarının bərpasını təmin edə bilmirik.
6. NHMT İB - nin haqqı ödənilən daimi ştatlı işçiləri yoxdur. Təşkilatda müvəqqəti olaraq, qısa müddətə məhdud əmək haqqı alan və əsasəndə ictimai əsaslarla fəaliyyət göstərən 5-7 nəfər mütəxəssisdən ibarətdir.
7.Çox təəssüf ki,işçilər hər ay əmək haqqının 1-2 faizini ödədikləri, onların ödədikləri pula əsasən fəaliyyət göstərən və əmək qanunvericiliyiinə ictimai nəzarəti həyata keçirən Həmkarlar təşkilatlarından öz əmək hüquqlarının bərpasıını müxtəlif səbəbdən tələb etmirlər.
8.Çox təəssüf ki, bir çox hallarda işçilər əmək qanunvericiliyiinə dövlət nəzarəti həyata keçirməli olan - Dövlət Əmək Müfəttişliyi Xidmətinfən öz hüquqlarının bərpasıını müxtəlif səbəbdən tələb etmirlər. Halbuki, bu qurumun - işçilərin pozulmuş əmək hüquqlarının bərpası ilə əlaqədar məcburi qərar qəbul etmək səlahiyyətləri vardlr.
9. NHMT İB-nin sədri, hüquqşünası və digər üzvlərimiz çalışır ki, müraciət edən hər bir işçiyə imkanımız daxilində hüquqi yardım göstərək. Düzünü desəm Təşkilatımızın sədri Mirvari xanımda Əmək Məcəlləsinin vəəmək qanunvericiliyinin tələblərini pozmaqla özünü və məni normadan artıq işlədir. Əksər vaxtlarda işdən sonra,istirahət günlərində də Mirvari xanımla insanlara kömək etməyə və hüquqi yardım göstərməyə çalışırıq. Bir çox işçilərində səhər saat 08.00-dan axşam saat 24.00-a kimi bizim hüquqi yardıma ehtiyacı olur. Fəliyyətimiz əsasən insanlara, xüsusən də neftçilərə: əmək, iqtisadi, sosial və ya mülki sahədə köməkhüquqi yardım göstərməkdən ibarətdir. Nə qədər yorulsaq da bir neftçinin və digər şəxslərin əmək hüquqlarını müdafiə və ya bərpa etmək bizi ruhlandırır, əlavə güc verir, yorğunluğumuzu çıxarır.
10. 2024-cü ildə də neft sahəsində çalışan
neftçilərə və digər sahələrdə hüquqi yardım göstərdik, bir çox işçilərin əmək və xüsusən də əmək pensiyası hüquqlarının məhkəmə qərarıları ilə bərpa olunmasına da nail olduq.
11. Bəzən də: "onsuz da bizdə qanunlarımız işləmir", heç bir xeyri yoxdur, "işəgötürənlər onsuz da həmişə haqlı çıxacaq" və sair kimi haqlı və ya haqsız iradlara da rast gəldik.
12. Baxmayaraq ki, Təşkilatın əsas vəzifəsi neft sahəsində çalışan işçilərin əmək hüquqlarını qorumaqdlr, digər sahələrdən də müraciət edən işçilərə və şəxslərə də imkan daxilində hüquq yardım göstəririk.

Azər Quiyev
Neftçilərin hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - "DİA-AZ" (dia-az.link)

Geri qayıt