Əsas Səhifə > Güney Press, Partiya > “Yenidən özünə gəlməsi üçün Ermənistana ən azı bir qərinə vaxt lazımdır”

“Yenidən özünə gəlməsi üçün Ermənistana ən azı bir qərinə vaxt lazımdır”


3-01-2025, 06:40
 “Yenidən özünə gəlməsi üçün Ermənistana ən azı bir qərinə vaxt lazımdır”
“Ermənistanın sürtətlə silahlanması mövcud status-kvoya təsir etməyəcək. Çünki Azərbaycan 44 günlük Vətən mharibəsində Ermənistanın belini qırıb, onun hərbi potensialını sıradan çıxarıb. Yenidən özünə gəlməsi üçün ona ən azı bir qərinə vaxt lazımdır”.

Bunu Moderator.az-a açıqlamasında politoloq Zərdşt Əlizadə bildirib. Ekspert qeyd edib ki, Ermənistanın proseslərə təsir göstərmək cəhdi heç nəyi dəyişməyəcək:

“Azərbaycan Vətən müharibəsində əldə etdiyi qəti qələbə ilə hər şeyi həll edib. Dünya Azərbaycanın qələbəsini tanıyıb. Ermənistanın hərbi potensialının 80%-dən çoxu məhv edilib. Buna görə də, Ermənistan müəyyən dövlətlərdən hansısa silahlar alması, bununla guya nələrəsə nail olmaq cəhdi əbəsdir. Ermənistan öz itkilərini yaxın gələcəkdə bərpa edə bilməyəcək”.
Geri qayıt