Əsas Səhifə > Güney Press > "Təəssüf ki, heyət yerə siqnal göndərəndə Mahaçqala və Qroznı hava limanı təyyarəni qəbul etməyib"

"Təəssüf ki, heyət yerə siqnal göndərəndə Mahaçqala və Qroznı hava limanı təyyarəni qəbul etməyib"


29-12-2024, 11:26
"Təəssüf ki, heyət yerə siqnal göndərəndə Mahaçqala və Qroznı hava limanı təyyarəni qəbul etməyib"
Təyyarəyə üç xarici təsir olub və nəticədə təyyarə qəzası baş verib.

APA xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidenti Samir Rzayev hava limanındakı vida mərasimində deyib.

O bildirib ki, qara qutu artıq açılıb oxunur:

"İlkin məlumatlar sübut edir ki, təyyarəmizə qeyri-qanuni xarici təsirlər olub. Təəssüf ki, heyət yerə siqnal göndərəndə Mahaçqala və Qroznı hava limanı təyyarəni qəbul etməyib. Heyət o vəziyyətdə idarəedilməz təyyarəni idarə edib, eniş ediblər. Bu, bizim pilotların yüksək keyfiyyətlərə cavab verməsinin nəticəsidir", - o deyib.

S. Rzayev əlavə edib ki, qəzanın səbəbləri araşdırılacaq və ictimaiyyətə məlumat veriləcək.

Geri qayıt