Əsas Səhifə > Güney Press > Belarus Prezidenti 20 nəfəri əfv edib

Belarus Prezidenti 20 nəfəri əfv edib


Dünən, 11:24
Belarus Prezidenti 20 nəfəri əfv edib
Belarus Prezidenti Aleksandr Lukaşenko ekstremist xarakterli cinayətlər törətmiş 20 nəfərin əfv edilməsi haqqında növbəti fərman imzalayıb.

“Report” BELTA-ya istinadən xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat verib.

Məlumata görə, əfv edilənlərdən 11-i qadındır. Onlardan birinin dörd uşağı var. Bundan əlavə, siyahıya xroniki xəstəlikləri olan məhkumlar da daxildir.

Onlar əfv üçün müraciət ediblər.

Geri qayıt