Əsas Səhifə > Güney Press > “Tiktokerlər tutulmamalıdır”
“Tiktokerlər tutulmamalıdır”Dünən, 14:58 |
Ötən gün “TikTok”da əyləncə yarışları təşkil edən aparıcı Azər Zahid həbs edilib. Sosial şəbəkədə əxlaqsızlığın təbliğ edilməsi ilə bağlı saxlanılan Azərin cinayətləri ortaya çıxıb. Sözügedən əməliyyatda Azər Zahiddən başqa daha bir neçə tiktoker də saxlanılıb. Mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, əgər hansısa veriliş yaxud yayım zamanı hər hansı təhqiredici ifadədən istifadə edilibsə və bu ünvansızdırsa, o zaman qanunla şəxsə qarşı cəza nəzərdə tutulmur: “Əgər ortada hansısa şəxsi qarşı ünvanlanmış konkret təhqir varsa, artıq fərqi yoxdur bu harada olub. Amma kimsə çıxıb ümumən, heç kimə ünvanlanmamış formada vulqar sözlərdən, təhqirlərdən istifadə edirsə, buna görə cəza yoxdur. Kimsə belə danışırsa, sən ona qulaq asma. Mən hesab edirəm ki, buna görə cəza heç olmamalıdır. Bu məsələlər o qədər subyektivdir ki, birinin əlxaqsızlıq saydığını digəri belə hesab etmir”. Hüquqşünasın fikrincə, hər bir mövzuda əxlaq anlayışı fərdlərə görə dəyişkəndir: “Hətta nəinki sözdə, geyimdə belə bu, belədir. Məsələn, 25 il bundan əvvəl qadınlar əgər şalvar geynirdisə, hamı buna pis baxırdı. İndi isə bu, adi bir şeydir. Bu kimi mövzular hər kəsə görə fərqli məna və baxış bucağı daşıyır. Buna görə insanları hansısa məsuliyyətə cəlb etmək düzgün deyil. Bu, haradasa, söz azadlığını məhdudlaşdıracaq. Hər söyüşü, hər təhqiri qanunla həll etmək olmur. Əgər hansısa bloqer və yaxud kimsə əxlaqsızlığı təbliğ edirsə, baxmayın. Ona görə də belə məsələlərə bu cür yanaşmaq düzgün deyil”. Geri qayıt |