Əsas Səhifə > Güney Press > Qroznı və Mahaçqala hava limanları fəaliyyətini dayandırdı

Qroznı və Mahaçqala hava limanları fəaliyyətini dayandırdı


Dünən, 11:44
Qroznı və Mahaçqala hava limanları fəaliyyətini dayandırdı
Qroznı və Mahaçqala da “Xalça” planı çərçivəsində hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb.

Lent.az "Baza” teleqram kanalına istinadən xəbər verir ki, adı çəkilən hava limanlarında təyyarə reysləri təxirə salınıb.

İlkin məlumata görə, bu qərar dron hücumlarının təhlükəsi səbəbi ilə qəbul edilib.

Qeyd edək ki, səhər saatlarında “Rosaviasiya”nın nümayəndəsi Artyom Korenyako bildirmişdi ki, Soçi, Kazan, Həştərxan və Volqoqraddakı aeroportlar da təyyarələrin qəbulu və yola salınmasını dayandırıb.

Qərar mülki təyyarələrin təhlükəsizliyinin təminatı ilə əsaslandırılıb.

Qroznı və Mahaçqala hava limanları fəaliyyətini dayandırdı
Qroznı və Mahaçqala hava limanları fəaliyyətini dayandırdı
Qroznı və Mahaçqala hava limanları fəaliyyətini dayandırdı

Geri qayıt