Əsas Səhifə > Güney Press > Azərbaycanda 2 sığorta agentinin lisenziyası ləğv edilib
Azərbaycanda 2 sığorta agentinin lisenziyası ləğv edilibDünən, 11:06 |
Azərbaycan Mərkəzi Bankı (AMB) 2 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyalarını ləğv edib. Bu barədə “Report"a tənzimləyici qurumdan bildirilib. Məlumata görə, bu qərar dekabrın 24-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Lisenziyalardan biri könüllü müraciət əsasında, digəri isə lisenziyanın qüvvəsinin iki dəfə dayandırılmasına səbəb olmuş halın 9 ay ərzində təkrar yarandığı nəzərə alınaraq ləğv olunub. Geri qayıt |