Əsas Səhifə > Güney Press > AZAL və FHN birgə MƏLUMAT YAYDI

AZAL və FHN birgə MƏLUMAT YAYDI


25-12-2024, 23:10
AZAL və FHN birgə MƏLUMAT YAYDI
Fövqəladə Hallar Nazirliyinin və “Azərbaycan Hava Yolları” QSC-nin birgə məlumatı açıqlanıb. "DİA-AZ" həmin açıqlamanı təqdim edir:

“Azərbaycan Hava Yolları”nın təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirən sərnişinlərin və ekipaj üzvlərinin cənazələri yaxın zamanda Azərbaycana gətiriləcək.

Eyni zamanda, xəsarət alanların AZAL-ın xüsusi reysi ilə ölkəyə gətirilməsi planlaşdırılır. Xəsarət almış sərnişinlər həkim rəyləri əsasında sağlamlıq vəziyyəti imkan verdiyi halda sözügedən reyslə Bakıya çatdırılacaqlar.

Bununla bağlı Azərbaycanın və Qazaxıstatın aidiyyəti dövlət qurumları tərəfindən müvafiq tədbirlər görülür.

Geri qayıt