Əsas Səhifə > Güney Press > Ermənistanla səfirliklərin açılması

Ermənistanla səfirliklərin açılması


Dünən, 19:00
Ermənistanla səfirliklərin açılması
Ermənistan parlamentinin sədr müavini və Türkiyə ilə danışıqlardan məsul Ruben Rubinyan Baş nazir Nikol Paşinyana Türkiyə ilə qarşılıqlı səfirliklərin açılması və diplomatik münasibətlərin bərpası barədə prinsipial razılıq əldə olunduğunu bildirib.
Bunu “Yerevanskiy nablyudatel” Teleqram kanalı yazıb.
Kanalın iddiasına görə, razılaşma Azərbaycanla sülh sazişinin imzalanmasından asılı olmayaraq həyata keçirilə bilər:
“Prosesin 2024-cü ilin yanvarında başlanacağı gözlənilir. Məlumatda qeyd edilir ki, 2015-ci ildə Ermənistan prezidenti tərəfindən geri çağırılmış protokollar Milli Məclisə yenidən ratifikasiya üçün təqdim olunacaq.
Söhbət 2009-cu il oktyabrın 10-da Sürixdə imzalanmış “Ermənistan Respublikası ilə Türkiyə Respublikası arasında diplomatik münasibətlərin qurulması haqqında” və “Ermənistan Respublikası ilə Türkiyə Respublikası arasında münasibətlərin inkişafı haqqında” protokollardan gedir. Bu sənədlər daha sonra Türkiyə tərəfindən dayandırılmışdı”.

Türk siyasətçi və yazar Aydın Sezer "Sherg.az"a bildirib ki, bu yöndə xəbər Türkiyə mediasında yayımlanmayıb:

"Türkiyə öncədən də təmsilçi mövqeyində Azərbaycanla əlaqələr qurur. Yəni sözügedən məsələdə Türkiyənin bir addım atması gözlənilə bilər. Lakin qarşılıqlı səfirliklərin açılması baş tutsa belə bu Azərbaycanla koordinasiyalı şəkildə reallaşacaq. Digər tərəfdən Rəcəb Tayyib Ərdoğan Azərbaycanı diqqətə almayaraq belə bir addım atmaz. Qarşılıqlı səfirliklərin açılması və ikili münasibətlərin başlanması Türkiyənin Azərbaycan üzərindən bölgədəki təsirinin böyüməsi baxımından önəmli dəyişiklik olar. Burada Türkiyənin həm NATO-ya üzvlüyü, həm də qardaş ölkə olması səbəbindən dolayısıyla Azərbaycanla Ermənistan münasibətlərinə də müsbət yansıması mümkündür. Cənubi Qafqazda Rusiya təsirinin Türkiyənin lehinə çevrilməsi beləcə mümkün ola bilər. Ümumiyyətlə bunun reallaşmasından narahatlıq duymamaq lazımdır".

Geri qayıt