Əsas Səhifə > Güney Press > Məhkəmə nazirliyin sabiq vəzifəli şəxsləri ilə bağlı qərar çıxardı

Məhkəmə nazirliyin sabiq vəzifəli şəxsləri ilə bağlı qərar çıxardı


Dünən, 11:51
Məhkəmə nazirliyin sabiq vəzifəli şəxsləri ilə bağlı qərar çıxardı
Ali Məhkəmədə mənimsəmədə təqsirləndirilən Arzuman Hüseynov və Natiq Sadıqovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, şikayət təmin edilməyib.

Xatırlatma: Masallı Rayon Məhkəməsinin hökmü ilə Arzuman Hüseynov 5000 manat cərimə cəzasına, Natiq Sadıqov isə 1 il müddətinə dövlət və yerli özünü idarə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 8000 manat miqdarında cərimə cəzasına məhkum edilmişdi.

İttihama görə, Arzuman Hüseynov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon Şöbəsinin müdiri, Natiq Sadıqov isə həmin qurumun Pensiya sektorunun müdiri vəzifəsində işləyib.

Onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən israf etmə yolu ilə talayıb, qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən təkrarən sui-istifadə edib, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs qismində rəsmi sənədlərə bilə- bilə yalan məlumatları vahid tamah və şəxsi niyyətlə daxil edərək təkrarən vəzifə saxtakarlığı törədiblər.

Masallı Rayon Məhkəməsinin hökmü ilə Arzuman Hüseynov 5000 manat cərimə cəzasına, Natiq Sadıqov isə 1 il müddətinə dövlət və yerli özünü idarə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 8000 manat miqdarında cərimə cəzasına məhkum edilib. Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən, şikayət təmin edilməyib, Masallı Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli hökmü Arzuman Hüseynovun Cinayət Məcəlləsinin 179.2.1-ci (mənimsəmə), 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə məhkum edilməsinə dair hissədə ləğv olunub. O, Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə cəza təyin edilməsinə dair müddəalar hökmdən xaric edilib, ittiham üzrə dəymiş maddi ziyanın tamamilə ödənilməsinə, zərərçəkmiş şəxslə barışmasına və məhkəmə tərəfindən müəyyən edilmiş pay üzrə 27788,015 manat maddi ziyanın 25 faizini, yəni 6950 manat məbləği onun hesabına ödədiyinə görə o, qeyd olunan maddələr üzrə verilmiş ittihama görə cinayət məsuliyyətindən azad edilib və cinayət təqibinə xitam verilib.

Masallı Rayon Məhkəməsinin hökmü Arzuman Hüseynova aid qalan hissədə, o cümlədən Natiq Sadıqova münasibətdə dəyişdirilmədən saxlanılıb.

Geri qayıt