Əsas Səhifə > Güney Press > Əziz Orucovun işinə bu hakim baxacaq

Əziz Orucovun işinə bu hakim baxacaq


Dünən, 11:53
Əziz Orucovun işinə bu hakim baxacaq
Sabah Kanal 13 internet televiziyasının rəhbəri Əziz Orucov məhkəməyə çıxarılacaq.

Bu barədə Gununsesi.info-ya onun vəkili Bəhruz Bayramov məlumat verib.

Vəkilin sözlərinə görə, jurnalistin işinə Səbael Rayon Məhkəməsinin hakimi Günel Səmədova baxacaq.

Qeyd edək ki, Əziz Orucovun üzərində yalnız Cinayət Məcəlləsinin 188.2-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) ittihamı saxlanılıb.

Geri qayıt