Əsas Səhifə > Güney Press > Ərdoğan böyük bir heyətlə Suriyaya səfər edəcək

Ərdoğan böyük bir heyətlə Suriyaya səfər edəcək


Dünən, 10:35
Ərdoğan böyük bir heyətlə Suriyaya səfər edəcək
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan böyük heyətlə Suriyaya səfər edəcək.
Bizimyol.info xəbər verir ki, bu barədə hökumətyönlü “Hürriyet” qəzeti məlumat yayıb.

Nəşr Türkiyə liderinin Dəməşqə səfərinin vaxtını dəqiqləşdirməyib. “Suriyada keçid hökuməti tezliklə qurulacaq. Prezident Ərdoğan investisiyadan məsul nazirlərin də olduğu böyük bir heyətlə Dəməşqə səfər edəcək”, - deyə qəzetin köşə yazarı Əbdülkadir Selvi yazıb.

Ərdoğan bazar ertəsi Nazirlər Kabinetinin iclasından sonra bildirib ki, Türkiyə Suriyanın yeni administrasiyası ilə sıx əlaqə saxlayır və ona hər cür dəstəyi verəcək. O qeyd edib ki, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və xarici işlər naziri Hakan Fidanın Dəməşqə səfərindən sonra Türkiyədən Suriyaya səfərlərin sayı artacaq.

Noyabrın 27-də müxalifət qrupları Hələb və İdlib əyalətlərində Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də axşam onlar Hələb, Həma, Dəra və Homsu ələ keçirdilər, dekabrın 8-də isə Suriya hökumət qüvvələrinin bölmələri tərəfindən tərk edilmiş Dəməşqə daxil oldular. Bəşər Əsəd Suriya ölkəni tərk edib. Dekabrın 10-da 2024-cü ilin yanvarından İdlib əyalətində müxalifətin yaratdığı Qurtuluş Hökumətinə başçılıq edən Məhəmməd əl-Bəşir 2025-ci il martın 1-dək davam edəcək keçid dövrü üçün Suriya hökumətinin başçısı təyin olunduğunu açıqlayıb.

Geri qayıt