Əsas Səhifə > Güney Press > “Söz savaşına çıxsaydılar yaxşı olardı, xanımlara bunu yaraşdırmadım”

“Söz savaşına çıxsaydılar yaxşı olardı, xanımlara bunu yaraşdırmadım”


Dünən, 13:04
“Söz savaşına çıxsaydılar yaxşı olardı, xanımlara bunu yaraşdırmadım”
“Yaxşı olardı ki, sənət naminə mübarizə getsin. Efirdə iki xanım aşıqdan söhbət gedir. Yoxsa ki, sən mənə belə demisən, mən sənə belə demişəm. Fərqi yoxdur, söhbət təkcə onlardan da getmir. Sənət barəsində söz savaşına çıxsaydılar yaxşı olardı. Bu meydan, bu da şeytan. Bu söz-söhbəti xanımlara yaraşdırmıram”

Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Şəhla Həmidova deyib. O daha sonra əlavə edib:
“Bəzən aparıcılardan da çox şey asılı olur. Onu bir cür qıcıqlandırır, qarşı tərəfi də bir cür. Bu da bir qara piardır. Əgər belə şeylər edə bilirsinizsə bunu sənət barəsində də edin də. Sözüm aparıcılaradır. Ortalıqda sənət nümayişi olmalıdır. Kiminsə çirkli geyimlərini göstərmək sənət deyil. Bu sənətin adı incə sənətdir. Bunun daha nə incəliyi, nə də qalınlığı qalıb. Son aylar efirlərə baxıb o qırğın, davaları görəndən sonra mən də müğənniyəm deməyə dilim gəlmir. Özüm-özümdən utanıram” deyə müğənni bildirib.
“Heç kimin həyatı güllük-gülüstanlıq olmur. Belə götürəndə hər kəsin həyatında belə hallar olur. Mən çox travmalar yaşamışam, problemlərim çox olur. Amma mən aylarla efirdə bu problemlərimi müzakirə etməmişəm, danışmamışam. Mənə bu yaraşmaz. Sənət adamısansa sənətin adına hörmət etməlisən. Hər problemi efirə daşıyırlar, reklam edirlər. Bəlkə də nəsə bir qazancları da olur. Evin içinin söhbətini, ərlərinin söhbətini danışırlar. Çıx mahnını oxu. Özlərini gözdən salırlar. Bədənşəkilləndirmə əməliyyatlarını da efirdən deyirlər. Vallah baxan onsuz da söyür. O rəyləri yəqin ki, həmin müğənnilər oxumur. Mən onların yerinə xəcalət çəkirəm. O söyüşü də qazanan özləridir. Heç kimi nahaq yerə söymürlər. Bəlkə də elə onlar söyülmək istəyirlər. Bundan rahat yaşayış yoxdur ki” deyə müğənni bildirib.
Geri qayıt