Əsas Səhifə > Güney Press > AMXM-da "Füzuli eşqi" adlı tədbir keçirilib

AMXM-da "Füzuli eşqi" adlı tədbir keçirilib


Bu gün, 10:18
AMXM-da "Füzuli eşqi" adlı tədbir keçirilib
Dekabrın 20-də Azərbaycan Milli Xalça Muzeyində görkəmli mütəfəkkir
Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş “Füzuli eşqi” adlı tədbir keçirilib.
Prezident İlham Əliyevin dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530
illiyi ilə bağlı imzaladığı sərəncama əsasən təşkil edilən tədbirdə muzeyin Ənənəvi
texnologiya şöbəsində ərsəyə gətirilən “Füzuli eşqi” xalçası təqdim olunub. Onun
üzərində qüdrətli sənətkarın portreti və əsərlərindən misralar verilib. Muzeyin baş
rəssamı, Əməkdar rəssam Taryer Bəşirovun müəllifi olduğu bu sənət nümunəsi
qədimdə geniş istifadə edilən, son dövrlər unudulan dolama texnikasında
hazırlanıb. Əsər 2024-cü ildə peşəkar xalçaçılar Lalə Manafova və İlhamə
Əhmədova tərəfindən 3 ay müddətində toxunub.
Tədbirdə həmçinin Beynəlxalq Muğam Mərkəzi ilə əməkdaşlıq çərçivəsində
Cahangir Cahangirov adına Xorun konsert proqramı təqdim olunub. Konsertdə
ölməz bəstəkarlar Üzeyir Hacıbəyli, Süleyman Ələsgərov, Cahangir Cahangirov və
Əşrəf Abbasovun Məhəmməd Füzulinin əsərlərinə bəstələdiyi musiqilər ifa edilib.
Xorun bədii rəhbəri Əməkdar müəllim Təranə Yusifovadır.
Burada Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin
tələbələri “Leyli və Məcnun” əsəri əsasında pantomim tamaşa göstəriblər.
Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli
Xalça Muzeyi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub

"DİA-AZ"

AMXM-da "Füzuli eşqi" adlı tədbir keçirilib
AMXM-da "Füzuli eşqi" adlı tədbir keçirilib
AMXM-da "Füzuli eşqi" adlı tədbir keçirilib
AMXM-da "Füzuli eşqi" adlı tədbir keçirilib

Geri qayıt