Əsas Səhifə > Güney Press > Milli Məclisdə Prezidentə istintaq altında olan şəxsləri

Milli Məclisdə Prezidentə istintaq altında olan şəxsləri


Bu gün, 11:50
Milli Məclisdə Prezidentə istintaq altında olan şəxsləri
Milli Məclisdə Prezidentə yalnız məhkumları deyil, həm də istintaq altında olan şəxsləri əfv etməklə bağlı səlahiyyət verilməsi təklif olunub.

“Report” xəbər verir ki, bununla bağlı Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin dekabrın 20-də keçirilən plenar iclasında çıxışı zamanı danışıb.

O qeyd edib ki, bununla əlaqədar qanun layihəsi qəbul oluna bilər.

“Prezidentə yalnız məhkumları deyil, həm də istintaq altında olan şəxsləri əfv etməklə onları məsuliyyətdən azad etmək səlahiyyəti verən qanunun qəbul olunmasını təklif edirəm”, - deputat vurğulayıb.
Geri qayıt