Əsas Səhifə > Güney Press > "Azərbaycanın ərazi bütövlüyünün bərpası - Şəxsiyyət faktoru” kitabının

"Azərbaycanın ərazi bütövlüyünün bərpası - Şəxsiyyət faktoru” kitabının


Bu gün, 15:38
"Azərbaycanın ərazi bütövlüyünün bərpası - Şəxsiyyət faktoru” kitabının
Pirallahı Rayon İcra Hakimiyyətində Bakı Şəhəri İcra Hakimiyyəti və
Azərbaycan Millli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix və
Etnologiya İnstitutunun birgə layihəsi olan “Vətən müharibəsi tarixi:
Azərbaycanın ərazi bütövlüyünün bərpası - Şəxsiyyət faktoru” kitabının
təqdimatı keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyəti, YAP rayon təşkilatının,
Ağsaqqallar Şurasının rəhbərliyi, şəhid ailələri və Vətən müharibəsi
iştirakçıları, rayon ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatların
rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir kitabın və Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən nəşr olunan
digər əsərlərin sərgiləndiyi kitab sərgisi ilə öz işinə başladı. Daha sonra tədbir
iştirakçılarına kitab haqqında hazırlanmış video-çarx nümayiş etdirildi.
Pirallahı RİH başçısı Vasif İmanov tədbiri giriş nitqi ilə açaraq bu gün
təqdimatı keçirilən kitab həm tarixi, həm də mədəni baxımdan böyük
əhəmiyyət kəsb etdiyini bildirdi.
Kitab Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizənin tarixinin
gələcək nəsillərə ötürülməsi və xarici dairələrə təqdim olunması üçün mühüm
bir addımdır. O, kitabın əhəmiyyətindən danışaraq, Bakı Şəhər İcra
Hakimiyyətinin AMEA-nın Tarix İnstitutu ilə birgə hazırladığı, Vətən
müharibəsinə həsr edilmiş əvvəlki kitabın davamı kimi nəşr edilən yeni kitabın
44 günlük müharibədən keçən dövr ərzində Azərbaycanda baş verən mühüm
hadisələrə həsr olunduğunu bildirdi. RİH başçısı bildirdi ki, Prezident İlham
Əliyev bu mübarizənin lideridir və onun zəngin dövlətçilik təcrübəsi, strateji
baxışı, xalqla sıx münasibətləri və Qarabağ müharibəsindəki yüksək rəhbərlik
bacarığı bu kitabın yaranmasında böyük bir ilham mənbəyi olub. Prezident
İlham Əliyevin şəxsiyyəti və liderliyi, yalnız hərbi əməliyyatların qələbə ilə
başa çatmasında deyil, həm də ölkənin beynəlxalq aləmdəki mövqeyinin
gücləndirilməsində və daxili sabitliyin təmin olunmasında mühüm rol
oynamışdır. Bu şəxsiyyətin həyat yolu, ölkəmizin müstəqil və güclü
gələcəyinə gedən yolda bütün Azərbaycan xalqı üçün örnəkdir.
Daha sonra çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Emil
Abasov, 168 nömrəli tam orta məktəbin müəllimi Sevda Alxasova, Laçın
rayon Müseyib Müseyibov adına Bozlu kənd tam orta məktəbinin direktoru
Nuridə Əhmədova, Vətən müharibəsi şəhidi Elmar Nəbiyevin anası Çiçək
Biləndərli, Ağsaqqallar Şurasının sədri Əli Kərimov kitabın yazılmasında
əməyi keçən bütün şəxslərə təşəkkür edərək, Azərbaycanın ərazi
bütövlüyünün bərpası ilə bağlı İlham Əliyev cənablarının rolunun əvəzsiz
olduğunu vurğulayıblar. Çıxışçılar yeni çap edilən kitabın əhəmiyyətini qeyd
edərək bu nəşrin müharibə həqiqətlərinin və sonrakı dövrdə əldə edilən
nailiyyətlərin təhlili və gələcək nəsillərə düzgün çatdırılmasının geniş
təbliğində mühüm rol oynayacağını vurğulamışlar.

"DİA-AZ"
"Azərbaycanın ərazi bütövlüyünün bərpası - Şəxsiyyət faktoru” kitabının
"Azərbaycanın ərazi bütövlüyünün bərpası - Şəxsiyyət faktoru” kitabının
"Azərbaycanın ərazi bütövlüyünün bərpası - Şəxsiyyət faktoru” kitabının
"Azərbaycanın ərazi bütövlüyünün bərpası - Şəxsiyyət faktoru” kitabının

Geri qayıt