Əsas Səhifə > Güney Press > Bakı sakininə qarşı 60 min ABŞ dolları məbləğində dələduzluq edilib
Bakı sakininə qarşı 60 min ABŞ dolları məbləğində dələduzluq edilibBu gün, 12:08 |
Bakı sakininə qarşı 60 min ABŞ dolları məbləğində dələduzluq edilib. Bu barədə "DİA-AZ"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Bakı şəhər sakininin 60 min ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 41 yaşlı E.Haqverdiyev müəyyən olunaraq saxlanılıb. Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlə isə bir qadının 400 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 32 yaşlı S.Şahverdiyev saxlanılıb. Hər iki faktla bağlı araşdırma aparılır. Geri qayıt |