Əsas Səhifə > Güney Press > Suriya-Türkiyə münasibətləri

Suriya-Türkiyə münasibətləri


Bu gün, 16:53
Suriya-Türkiyə münasibətləri
Suriyanın yeni hakimiyyəti qonşu Türkiyə ilə strateji münasibətləri davam etdirmək niyyətindədir.
AzVision.az xəbər verir ki, Dəməşqdə hakimiyyətə gələn silahlı dəstələrin lideri Əhməd əl-Şaraa (Əbu Məhəmməd əl-Culani) Türkiyənin “Yeni Şəfəq” qəzetinə açıqlamasında deyib.

“Bizim strateji əlaqələrimiz olacaq. Türkiyənin yeni Suriya dövlətinin yaradılmasında bir çox prioritetləri var. Qarşılıqlı ticarət əlaqələri olacaq, Türkiyənin iqtisadi inkişaf təcrübəsini Suriyaya köçürəcəyinə inanırıq. Suriyalılar bir çox ölkədə sığınacaq tapıblar, amma onları ən çox Türkiyə qəbul etdi, digərlərindən daha çox hörmətlə yanaşdı. Ümid edirəm ki, Suriya bunu unutmayacaq. 2011-ci ildən Suriyadan gedən insanların yarısının vətənlərinə dönəcəyinə ümid edirəm”, - Aş-Şaara vurğulayıb.

Türkiyənin Daxili İşlər nazirliyinin məlumatına görə, ölkədə 2,9 milyondan bir qədər çox suriyalı qaçqın ola bilər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl 1 milyona yaxın qaçqının Suriyaya qayıtmasını təmin etmək planlarını açıqlamışdı.

Geri qayıt