Əsas Səhifə > Güney Press > Tərtər rayonunda “Mülki müdafiə sahəsində 2024-cü ilin yekunu, 2025-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib
Tərtər rayonunda “Mülki müdafiə sahəsində 2024-cü ilin yekunu, 2025-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilibBu gün, 15:26 |
18 dekabr 2024-cü il tarixində Tərtər rayon İcra Hakimiyyətinin akt zalında Yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, rayon tabeli obyektlərin və mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların rəhbərlərinin iştiraki ilə “Mülki müdafiə sahəsində 2024-cü ilin yekunu, 2025-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib. Tədbirdə Tərtər rayon İcra Hakimiyyəti Başçısının müavini-Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Abbas Cavadov, Qarabağ Regional Mərkəzin Mülki müdafiəyə hazırlıq şöbəsinin rəisi mayor Həsən Nəsirov və Qarabağ Regional Mərkəzin Mülki müdafiə idarəsinin mülki müdafiə tədbirlərin planlaşdırılması şöbəsinin rəisi Elçin Rəcəbov və həmin şöbənin zabitləri kapitan İntiqam Mikayılov və baş leytenant Savalan Zeynalov iştirak etmişdir. Tərtər rayon İcra Hakimiyyəti Başçısının müavini Abbas Cavadov və Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin zabitləri çıxışlarında mülki müdafiənin məqsədi, prinsipləri, planlaşdırılması haqqında məlumatlar veriblər. Daha sonra tədbir iştirakçıları idarə, müəssisə və təşkilatlarda, habelə təhsil müəssisələrində mülki müdafiə sahəsində mövcud vəziyyət və problemlər, onların həlli yolları və 2025-ci ildə qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb. "DİA-AZ" Geri qayıt |