Əsas Səhifə > Güney Press > Qafar Dəmirçinin rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC cərimələnir
Qafar Dəmirçinin rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC cərimələnirBu gün, 13:09 |
"Demirçi Development" MMC-yə inzibati protokol yazılıb. Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib olunub. İş Xətai Rayon Məhkəməsinin hakimi Sülhanə Hacıyevanın icraatındadır. Qeyd: Nizamnamə kapitalı 639 282 AZN olan MMC-nin qanuni təmsilçisi Hikmət Kamal oğlu Bağmanovdur. O, eyni zamanda Qax və Şəki rayonları ərazisində, o cümlədən də Biləcik kəndi ərazisində fındıq bağlarının salınması ilə məşğul olan “Monte Ferro” MMC-nin də qanuni təmsilçisidir. Hər iki MMC "AQA Şirkətlər Qrupu"na daxildir. Qrupun vitse-prezidenti Qafar Dəmirçi hazırda həbsdədir. Q.Dəmirçi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. İttihama görə, onun rəhbərlik etdiyi "Monte Ferro" şirkəti Şəkinin iki kəndini əhatə edən meşəlik ərazilərində müxtəlif növ ağacları qanunsuz kəsib. Ona qarşı Cinayət Məcəlləsinin 259.3-cü (ağacları kəsmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli və külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ilkin ittiham elan edilib. Bu ittiham təsdiqini taparsa, Dəmirçi 3 ildən 6 ilə kimi azadlıqdan məhrum edilə bilər. Xatırlatma: "AQA Şirkətlər Qrupu"nun prezidenti Qafarın atası Aydın Dəmirçidir. Həmin şirkətə plazalar - "Demirchi Tower", "AGA İş Mərkəzi", "Ariana Business Park", "Caspian Business Center", "Lotfi Zadeh Texnologiyalar Mərkəzi" və başqaları daxildir. Bundan əlavə şirkət maliyyə ("Ferrum Capital" və "Caspian Audit"), kənd təsərrüfatı ("AGA Agro", "Monte Ferro"), informasiya texnologiyaları ("Bravo Online Systems"), turizm və hotelçilik ("Da Vinci" və "Caspian Palace" hotelləri) sahələrində də fəaliyyət göstərir. Geri qayıt |